13 May 2025, 22:52
FUTBOL
"Bayer" yarımmüdafiəçisi Florian Virtzi daha əvvəl çıxlış etdiyi "Bavariya"ya deyil, "Mançester Siti"yə satmağı üstün tutur.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" paylaşıb.
Bildirilir ki, Leverkuzen klubu Virtzi ingilis nəhənglərinə satmağa daha çox meyllidir, çünki "şəhərlilər" bu transfer üçün 150 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, bu mövsüm Virtz bütün turnirlərdə 44 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 140 milyon avrodur.