13 May 2025, 19:40
FUTBOL
"Bayer" "Barselona"nın 23 yaşlı hücumçusu Pau Viktoru yaxından izləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, Kataloniya klubu ispan futbolçunu buraxmağa hazırdır. Bundan əlavə, bu mövsüm yarımmüdafiəçi Dani Olmo ilə birlikdə Viktoru qeydiyyatdan keçirməkdə çətinlik çəkir. 23 yaşlı forvardın gələcəyi ilə bağlı qərar mövsümün sonunda veriləcək.
Qeyd edək ki, bu mövsüm Viktor bütün turnirlərdə 27 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.