14 May 2025, 09:50
FUTBOL
İspaniya La Liqasında 35-ci tura yekun vurulub.
Matc.az xəbər verir ki, "Sevilya" doğma meydanda "Las Palmas"ı qəbul edib. Qarşılaşma Əndəlus təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 41-ə yüksəldən "Sevilya" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. 32 xalı olan "Las Palmas" isə 19-cu yerdədir.
"Sevilya" - "Las Palmas" 1:0
Qol: Alvaro Qarsiya Paskual, 52