"Fənərbaxça" "Mançester Yunayted"in 25 yaşlı cinah oyunçusu Ceydon Sanço ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Əsir" məlumat yayıb.

Bildirilir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "qırmızı şeytanlar"ın hücumçusunun potensial transferini təsdiqləyib. Mankunianların Sançoya 30 milyon avro dəyər verdiyi vurğulanır.

Qeyd edək ki, ötən yay ingilis futbolçu"Çelsi"yə icarə əsasında keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 40 matçda iştirak edib, 4 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun "Mançester Yunayted"lə hazırkı  müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest