"Barselona"nın futbol direktoru Deko klubun yay transfer kampaniyası üzərində fəal işləyir. Kataloniya təmsilçisi çətin maliyyə vəziyyətinə görə almaqdan çox, satışa diqqət yetirmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, Kataloniya klubu ilk olaraq qapıçı İnyaki Penya, müdafiəçilər Ronald Arauxo və Hektor Fort, yarımmüdafiəçilər Fermin Lopez, Qavi, Pabo Torre, eləcə də müqaviləni uzatmayacağı təqdirdə Frenkie de Yonqa təklifləri nəzərdən keçirəcək. Bundan əlavə, "Barselona" hücumçular Pau Viktor və Ansu Fati ilə yollarını ayıra bilər.

Bundan əlavə, "Barselona" digər oyunçular üçün təklifləri nəzərdən keçirməyə də hazırdır, bir şərtlə ki, dəyərinin üzərində təklif olsun. Komandanın yeganə toxunulmaz oyunçusu Lamin Yamaldır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest