"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" klubunu çalışdırmaq istəyir. Matc.az "Fanatik.ro"ya istinadən xəbər verir ki, belə iddia ilə yerli jurnalist Horia İvanoviçi çıxış edib. Onun sözlərinə görə, mütəxəssis tez-tez klub prezidenti Cici Bekaliyə zəng edir: "Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".
 
Regekampf 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"nı çalışdırıb. Keçən yay "Neftçi"nin baş məşqçisi təyin olunan 47 yaşlı mütəxəssisin "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest