"Mançester Yunayted" rəhbərliyi qalmaqallı müsahibəsindən sonra Kriştiano Ronaldonu satmaq prosesini sürətləndirmək niyyətindədir. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" portuqaliyalını PSJ-nin hücumçusu Kilian Mbappe ilə əvəz etmək istəyir.
Qeyd olunur ki, "Mançester Yunayted" Avropada Mbappenin transferini və maaşını maliyyə cəhətdən çəkə bilən azsaylı klublardan biridir. Bununla belə, "qırmızı şeytanlar" PSJ-nin ulduzu uğrunda mübarizədə yüksək rəqabətlə üzləşməli olacaqlarını anlayırlar, ona görə də onlar güclənmək üçün alternativ variant üzərində işləyirlər. "Mançester Yunayted" "Napoli"nin hücumçusu Viktor Osimhenə də diqqət yetirir.
Xatırladaq ki, Ronaldo bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in rəhbərliyi və məşqçilər korpusu haqqında nalayiq danışıb, həmçinin klubun siyasətinin düzgünlüyünü şübhə altına almışdı. Bu, futbol ictimaiyyəti arasında böyük rezonansa səbəb olub.