İspaniya Kral Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, dünən ikinci finalçı müəyyənləşib.
"Valensiya" ilə "Betis" arasında keçirilən cavab görüşündə 1 qol qeydə alınıb. "Mestalya"da rəqibini Rodriqonun yeganə qolu ilə üstələyən "Valensiya" adını finala yazdırıb. "Yarasalar" həlledici matçda "Barselona"ya rəqib olub. Oyun mayın 25-də "Benito Vilyamarin" stadionunda keçiriləcək.
İspaniya Kral Kuboku
Yarımfinal, cavab oyunu
"Valensiya" - "Betis" - 1:0
Rodriqo, 56
İlk görüş - 2:2