"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya millisinin FİFA tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılmasından danışıb. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis "RB Sport"a açıqlamasında hazırkı durumda yığmanın yoldaşlıq oyunlarından yararlanmalı olduğunu deyib:
 
"Vəziyyət çox çətindir. Komanda rəsmi oyunlar keçirə bilmir, turnirlərdə oynamır. Yığmanın yoldaşlıq oyunları keçirmək imkanı var. Bundan istifadə etmək lazımdır. Vəziyyət nə olursa olsun, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq".
 
M.Musayev qeyd edib ki, Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq görüşü maraqlı olar: "çox istərdim ki, belə bir qarşılaşma baş tutsun. Maraqlı oyun olardı. Amma təəssüf ki, mənim federasiya ilə heç bir əlaqəm yoxdur. Ona görə də Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var. Belə bir qarşılaşma marağın artmasına səbəb olardı".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest