İran millisinin müdafiəçisi Ehsan Hacsafi ölkəsindəki etiraz aksiyalarına dəstək verib. Matc.az xəbər verir ki, futbolçu ölkəsində vəziyyətin yaxşı olmadığını söyləyib: "Biz onların yanındayıq, onları dəstəkləyirik, rəğbət bəsləyirik. Etiraf etmək lazımdır ki, bizdə vəziyyət heç də yaxşı deyil, insanlar bədbəxtdir. Biz Qətərdəyik, lakin bu o demək deyil ki, biz orada olanların səsi olmamalıyıq və ya onlara hörmət göstərməməliyik" – deyə, AEK futbolçusu bildirib.
Qeyd edək ki, İranda etirazlar sentyabrın ortalarında başlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest