Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə start verilib.

Günün ilk matçı C qrupunda baş tutub. Mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Hesabı Cənubi Amerika təmsilçisi açsa da, yekunda Səudiyyə Ərəbistanı əzmkar və sürpriz qələbəyə imza atıb. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayııb.

D qrupunda Danimarka seçməsinin Tunislə oyunu da qolsuz yekunlaşıb. Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da hesabı avstraliyalılar açıblar. Amma yekunda fransızlar əzmkar qələbəyə seviniblər.

Dç-2022
22 noyabr

C qrupu

Argentina - Səudiyyə Ərəbistanı 1:2
Qol: L.Messi, 10-pen - S.Əl-Şehri, 48. S.Əl-Davsari, 53.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
"Lusail" stadionu.

Argentina: 23. Emiliano Martines, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko, 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomes, 10. Lionel Messi (k), 22. Lautaro Martines, 11. Anxel Di Mariya.
Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais, 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Əl-Boleahi, 13. Yasser Əl-Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Əl-Malki, 7. Salman Əl-Farac (k), 10. Salem Əl-Davsari. 11. Saleh Əl-Şehri.

Meksika - Polşa 0:0
Matçın 58-ci dəqiqəsində R.Levandovski penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974".

Meksika: Gilyermo Oçoa (k), Kevin Alvares, Luis çaves, Xesus Qalyardo, Ektor Errera, İrvinq Losano, Henri Martin, Sesar Montes, Ektor Moreno, Xorxe Sançes, Aleksis Veqa.
Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Metti Keş, Kamil Qlik, Yakub Kaminski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (k), Sebastian Şimanski, Nikola Zalevski, Pyotr Zelinski.

D qrupu

Danimarka - Tunis 0:0
Baş hakim: Sesar Arturo Ramos (Meksika).
"Edyukeyşn Siti" stadionu.

Danimarka: 1. Kasper Şmeyxel, 2. Yoaxim Andersen, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 10. Kristian Eriksen, 11. Andreas Skov Olsen, 12. Kasper Dolberq, 13. Rasmus Kristensen, 23. Pye-Emil Hoybyerq.
Tunis: 16. Aymen Dahmen, 3. Montassar Talbi, 4. Yassin Meria, 6. Dilan Bronn, 7. Yussef Msakni (k), 9. İssam Cebali, 14. Aysa Layduni, 17. Elyess Sxiri, 20. Məhəmməd Draqer, 24. Ali Abdi, 25. Anis Slimani.

Fransa - Avstraliya 4:1
Qol: A.Rabyo, 27. O.Jiru, 32; 71. K.Mbappe, 68 – K.Qudvin, 9.
Baş hakim: Viktor Qomes (CAR).
"Əl-Canub" stadionu.

Fransa: Uqo Loris (k), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Hernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Avstraliya: Metyu Rayan (k), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest