Almaniya millisinin yarımmüdafiəçisi Kay Haverts komandasının Dç-2022-də yarımfinala çıxa bilməməsini şərh edib. Matc.az xəbər verir ki, o, qrupda qalmağa layiq olduqlarını söyləyib.
"İspanlardan belə nəticə gözləmirdik, amma öz komandamıza baxmaq lazımdır. Yaponiya və İspaniyanı məğlub etmək üçün kifayət qədər şanslarımız oldu. Belə bir heyətlə Yaponiyaya uduzmaq olmaz, ona görə də Vətənə qayıtmağa layiqik".
Yaponiya 3 turdan sonra 6 xalla E qrupunun lideri olub. İspaniya 4 xalla ikinci yeri tutub. Bu komandalar dünya çempionatının 1/8 finalına yüksəliblər. Yaponiya pley-offun ilk mərhələsində Xorvatiya, İspaniya isə Mərakeşlə oynayacaq. Almaniya millisi 4 xalla üçüncü yeri tutub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest