Lui van Qal Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Niderlandın Argentina milli komandasına uduzmasından sonra "narıncılar"ın baş məşqçisi vəzifəsini tərk edəcəyini təsdiqləyib. Matc.az xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən danışıb.
 
"Mən Niderland yığmasının baş məşqçisi işləməyi davam etdirməyəcəyəm, bu həqiqətən mənim sonuncu oyunum oldu, milli komandadakı fəaliyyətimin üçüncü dönəmi başa çatdı. Sonuncu gəlişdə komanda 20 matç keçirib və birində də məğlub olmayıb".
 
Lui van Qal komandası ilə fəxr etdiyini vurğulayıb: "Komandamla fəxr edirəm, uşaqlar bütün güclərini verdilər. Bizim əzəmətli yenilməzlik seriyamız var, vurulmuş və buraxılmış topların əla fərqi var. Gözəl vaxtımız olub. İndi isə turnirdən bu cür çıxmağımız inanılmazcasına üzücüdür".
 
Van Qal Niderland yığmasını 20 oyuna çıxarıb. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 6 heç-heçə edib. Rəqib qapılarından 51 top keçirən "narıncılar", 17 qola üzülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest