Madrid "Real"ının keçmiş baş məşqçisi Zinəddin Zidan Braziliya yığmasını çalışdıra bilər. Matc.az "Ok Diario"ya istinadən xəbər verir ki, fransız mütəxəssis Titenin istefasından sonra bu komandanın "sükanı arxası"na keçə biləcəyini yazıb.  
Hazırda "Mançester Siti"nin baş məşqçisi olan Xosep Qvardiola da bu posta iddialı olsa belə, onun namizədliyi çox böyük maliyyə tələblərinə görə rədd edilib. 
Qeyd edək ki, Braziliya Dç-2022-də 1/4 finalda mübarizəni dayandırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest