Portuqaliyanın gənclərdən ibarət yığmasının sabiq yarımmüdafiəçisi İvu Rodriqeş karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqamızda mübarizə aparan klublardan birinə təklif olunub. Lakin onun konkret hansı klubumuzla danışıqlar apardığı bəlli deyil.

Tam adı İvu Tyaqo dos Santos Rodriqeş olan yarımmüdafiəçi "Portu"nun yetirməsidir. Amma o, bu klubun B komandasında forma geyinsə də, əsas komandada debüt şansı qazanmayıb. Bu üzdən də "Vitoriya" (Gimaraynş), "Aroka", "Pasuş de Ferryera", "Antverpen" kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

2018-ci ildə Belçika təmsilçisi olan "Antverpen" onu birdəfəlik heyətinə qatıb. Vinger 2021-ci ilin yanvar ayından etibarən "Famalikan" komandasının uğurları üçün çalışır.

İvu Rodriqeş Portuqaliyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt edə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest