20 Dekabr 2022, 09:53
                
                
                
                                DÇ-2026 
                                
                
               
              
				  
 
"Liverpul"un keçmiş müdafiəçisi Qlen Conson 2022-ci il dünya çempionatının final oyunu haqda danışıb. O bildirib ki, Argentina və Fransa arasındakı görüş tarixin ən yaxşısıdır.
"Bu, şübhəsiz ki, gördüyüm ən yaxşı finaldır. Qırmızı vərəqədən başqa hər şey var idi: əla hücumlar, əla müdafiə, qollar, seyvlər. Düşünürəm ki, bu, 2005-ci ildə İstanbulda "Liverpul"un "Milan"la qarşılaşmada geridönüş etdiyi finaldan daha yaxşıdır, çünki bu, dünya çempionatının son qarşılaşması, futbolun əsas matçı idi" – deyə, Concon bildirib.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında fransızları məğlub edib.

 
             
 















