28 İyul 2026, 19:41
FUTBOL
PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi "Leypsiq"in hücumçusu Yan Diomandın transferinin pozulmasına görə "Real" Madrid klubundan qisas almaq məqsədilə "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin agenti ilə əlaqə saxlanılması barədə birbaşa göstəriş verib.
Matc.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Bildirilir ki, İspaniya nəhəngi ilə keçid barədə razılığa gələnə qədər Fil Dişi Shili millisinin vingeri PSJ ilə müqavilə imzalamağa çox yaxın olub.
Ötən mövsüm Rodri bütün turnirlərdə 33 matçda iştirak edib və 2 qol vurmaqla yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında yarımmüdafiəçinin dəyəri 50 milyon avro təşkil edir.













