28 İyul 2026, 21:20
FUTBOL
"Olimpiakos" klubu "Mançester Siti"nin 33 yaşlı almaniyalı qapıçısı Ştefan Orteqa ilə müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Bildirilir ki, tərəflər azad agent statusu ilə reallaşacaq keçid barədə razılığa gəliblər. Qapıçı 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək. Orteqanın agenti ilə birlikdə artıq Yunanıstana yollandığı və orada tibbi müayinədən keçəcəyi qeyd olunur.
Qapıçının son klubu "Mançester Siti"dən icarəyə götürüldüyü "Nottinqem Forest" olub. "Olimpiakos" Çempionlar Liqasının III təsnifat mərhələsində "NEK Neymegen" ilə qarşılaşacaq və Orteqanın bu matçda iştirak edə biləcəyi gözlənilir.













