İspaniya millisinin sol cinah müdafiəçisi Mark Kukurelya komandanın baş məşqçisi Luis de la Fuentenin portreti olan döymə etdirib.

Matc.az xəbər verir ki, bu barədə Kukurelya özünün "Instagram" səhifəsində məlumat yayıb.

Kukurelya belə bir döymə üçün sol qolunu seçib. Müdafiəçi dünya çempionatı start götürməzdən əvvəl İspaniya mundialın qalibi olacağı təqdirdə de la Fuentenin portretini bədəninə həkk etdirəcəyinə söz vermişdi.

İspanlar finala yüksələrək orada Argentinanı 1:0 hesabı ilə məğlub ediblər. Bundan sonra Kukurelya vədinə əməl edərək komandanın məşqçisinin portretini qoluna döydürüb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalından əvvəl Kukurelya komanda titulu qazanacağı təqdirdə İspaniya millisinin heyətində karyerasını başa vuracağını da bəyan etmişdi. Lakin müdafiəçi yığmadakı çıxışını bitirdiyini hələlik rəsmən açıqlamayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest