İspaniyalı hücumçu Hiqino Marin karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqamızda çıxış edən klublardan birinə təklif olunub.

Danışıqlar uğurlu alınsa, qış fasiləsindən sonra Marini Azərbaycan çempionatında görməyimiz mümkündür. Bu, baş tutsa, Azərbaycan onun legioner həyatı yaşadığı üçüncü ölkə olacaq. Belə ki, Marin son illərdə Bolqarıstanın "Ludoqorets" və Polşanın "Qurnik" klublarında da forma geyinib.

Marin İspaniyanın "Mursiya" klubunun yetirməsidir. Daha sonra "Kultural Leonesa", "La Hoya Lorka", "UCAM Mursiya", "Valyadolid" (B) və "Numansiya" klublarının da formasını geyinib. Bu ilin yayından isə "Albasete"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest