20 Dekabr 2022, 13:01
FUTBOL
Fransız futbolçular Antuan Qrizmann və Huqo Lloris Kərim Benzemanın dünya çempionatında iştirakdan kənarda qalmasına seviniblər. Matc.az xəbər verir ki, bu barədə "Give Me Sport" nəşri məlumat yayıb.
Qrizmann və Llorisin Benzemanın turnirdən əvvəl komandanı tərk etməsindən "məmnun" olduqları bildirilir. özlərini komandanın lideri hesab etdikləri üçün Kərimin milliyə qayıtmasını qəbul etmədikləri qeyd edilir.
Benzema dünən millidəki karyerasını başa vurduğunu açıqlayıb. O, 2007-ci ildən Fransa yığmasında çıxış edir. 2015-ci ildə hücumçu komanda yoldaşı Matye Valbuenanın şantaj qalmaqalına görə millinin oyunlarından uzaqlaşdırılıb. ötən ilin mayında Benzema yenidən Fransa millisinə dəvət alıb və 97 oyunda 37 qol vurub.