Avropa Futbol Assosiasiyaları İttifaqı UEFA "Yuventus"u avrokuboklarda iştirakdan kənarlaşdıra bilər. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, maliyyə pozuntusu faktı təsdiqləndiyi halda, beynəlxalq turnirlərdən kənarlaşdırılma şəklində sanksiya "Yuventus"a şamil olunacaq. Hazırda Turin təmsilçisi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl mətbuatda koronavirus pandemiyası zamanı "Yuventus"un gizli şəkildə oyunçularına maaş ödədiyi barədə məlumat yayılmışdı, baxmayaraq ki, klub oyunçuların müvəqqəti olaraq puldan imtina etdiyini açıqlamışdı. "Qoca sinyora" 17 futbolçuya təxminən 60 milyon avro ödəyib. Futbolçuların maaşdan imtina etməsi ictimaiyyətə açıqlansa da, "Yuventus" rəhbərliyi futbolçularla gizli müqavilələr bağlayıb, böyük məbləğdə pul ödəyib.yu