İsrail yığmasının yarımmüdafiəçisi Şey Elias karyerasını "Neftçi"də davam etdirə bilər. Matc.az xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi paytaxt klubuna təklif olunub.
"Ağ-qaralar"ın aparıcı futbolçularından olan Eddi İsrafilov bu mövsüm tez-tez zədələnməsi ilə diqqət mərkəzindədir. Bu üzdən də klub rəhbərliyi Azərbaycan yığmasının da üzvü olan futbolçuya əvəzedici axtarmağa başlayıb. Yay "transfer pəncərəsi" dövründə daha çox İsrail bazarına üz tutan "Neftçi", qışda da bu ənənəsinə sadiq qala bilər. Məhz bu üzdən Eliasın "ağ-qaralar"ın düşərgəsinə qoşulması ehtimalı az deyil.
Təl-Əviv "Hapoel"inin yetirməsi olan Şey Elias, karyerasının böyük hissəsini məhz bu komandada keçirib. O, bu klubda olarkən icarə əsasında "Sektzia Ness Ziona"nın da uğurları üçün çalışıb. Bu ilin yayında isə o, Beer-Şeva "Hapoel"inə transfer olunub. Yarımmüdafiəçi İsrailin əsas yığmasında da 1 oyun keçirib.