"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne komanda yoldaşı Erlinq Holandın performansını şərh edib. Matc.az xəbər verir ki, belçikalı futbolçu Holandı yüksək səviyyəli hücumçu adlandırıb.

"Erlinq artıq 200-ə yaxın qol vurub, ona görə də formada qalarsa  bu rəqəmi 600, 700 və ya 800-ə çatdıra bilər. Yüksək səviyyəli hücumçudur, amma özünü adi futbolçu kimi aparır. O, hələ də həyatdan zövq alan və futbola çox ciddi yanaşan gənc oğlandır" – deyə, Bruyne bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest