Albaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, yerli futbol assosiasiyası braziliyalı Silvinyo ilə anlaşıb.
Bir ildir işsiz olan 48 yaşlı mütəxəssisin təyinatı artıq açıqlanıb. O, bu postda italiyalı Eduardo Reyi əvəzləyib. İki illik müqavilə bağlayan Silvinyonun köməkçiləri isə argentinalı Pablo Zabaleta və brziliyalı Doriva olacaq.
 
Qeyd edək ki, Silvinyo əvvəllər "Lion" və "Korintians"ı çalışdırıb, həmçinin Braziliya millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest