03 Yanvar 2023, 11:30
FUTBOL
Avropanın milli çempionatlarda məğlub olmayan komandaların siyahısı açıqlanıb. Matc.az saytı xəbər verir ki, "Qarabağ"ın da yer aldığı siyahıdakı klubların sayı 6-ya enib.
Son olaraq Fransa Liqa1-nin 17-ci turunda "Lans"a 1:3 hesabı ilə uduzan PSJ-nin seriyasına son qoyulub.
Hazırda Azərbaycan çempionu ilə yanaşı, ölkə çempionatı davam edən daha 5 komanda məğlubiyyət üzü görməyib. Bunlar "Srvena Zvezda" (Serbiya - 17 qələbə, 2 heç-heçə), TNS (Uels - 15 qələbə, 3 heç-heçə), "Napoli" (İtaliya - 13 qələbə, 2 heç-heçə), "Panatinaikos" (Yunanıstan - 12 qələbə, 3 heç-heçə) və "Atletik Eskaldes"dir (Andorra - 8 qələbə, 6 heç-heçə).
"Qarabağ" isə Azərbaycan Premyer Liqasının ilk yarısında keçirdiyi 18 görüşün 16-da qələbə qazanıb, 2-də heç-heçə edib.