05 Yanvar 2023, 15:19
FUTBOL
"Əl-Əhli" rəhbərliyi 2,5 milyon avro qarşılığında Portuqaliyanın "Rio Ave" klubu ilə anlaşsa da, oyunçu tibbi müayinədən uğurla keçə bilməyib. Çünki futbolçuda xroniki zədələr aşkarlanıb. "Əl-Əhli" ikinci dəfə Yakubunu tibbi testdən keçirmək niyyətindədi.
Qanalı futbolçu Abdul-Aziz Yakubunun Misirin "Əl-Əhli" klubuna transferi baş tutmayıb. Matc.az saytı xəbər verir ki, buna səbəb 24 yaşlı hücumçunun səhhətində yaranan problemdi.
"Əl-Əhli" rəhbərliyi 2,5 milyon avro qarşılığında Portuqaliyanın "Rio Ave" klubu ilə anlaşsa da, oyunçu tibbi müayinədən uğurla keçə bilməyib. çünki futbolçuda xroniki zədələr aşkarlanıb. "Əl-Əhli" ikinci dəfə Yakubunu tibbi testdən keçirmək niyyətindədi.
Qeyd edək ki, "Qarabağ" 2021-ci ilin yayında Abdul-Aziz Yakubu ilə ilkin müqavilə imzalasa da, tibbi müayinə zamanı oyunçunun dizində xroniki zədə üzə çıxdığından, Azərbaycan təmsilçisi transferdən imtina edib.