06 Yanvar 2023, 11:10
FUTBOL
2022-ci ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) apardığı səsvermənin qalibi Cud Bellingem olub.
İngiltərə millisinin və Dortmund "Borussiya"nın yarımmüdafiəçisi respondentlərin 115 xalını toplayıb. Bellingemi müvafiq olaraq almaniyalı Camal Musiala və xorvatiyalı Yoşko Qvardiol izləyib.
2021-ci ilin ən yaxşı oyunçusu ispaniyalı Pedri seçilib.
1. Cud Bellingem (İngiltərə / "Borussiya" Dortmund) – 115 səs
2. Camal Musiala (Almaniya / "Bavariya") - 95
3. Yoşko Qvardiol (Xorvatiya / "Leypsiq") - 55
4. Qavi (İspaniya / "Barselona") - 35
5. Eduardo Kamavinqa (Fransa / "Real") - 30
6. Pedri (İspaniya / "Barselona") - 20
7. Kərim Adeyemi (Almaniya / "Borussiya" Dortmund) - 15
8. Nuno Mendeş (Portuqaliya / PSJ) - 10
9. Yunus Musa (ABŞ / "Valensiya") - 5
10. Ansu Fati (İspaniya / "Barselona") 5