"Hakim birinci hissədə vurduğumuz təmiz qolu saymadı. Ardından isə bu qərarına görə bizdən üzr istədi"

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail"in "Legiya" ilə keçirdiyi yoxlama görüşündə hakimin idarəçiliyi narazılıqla qarşılanıb. Matc.az xəbər verir ki, xüsusən də, Polşa klubu yerli referinin qərarlarından şikayətlənib.
 
Varşava təmsilçisinin köməkçi-məşqçisi İnyaki Astiz oyunun ardından türkiyəli hakimin onlardan üzr istədiyini açıqlayıb: "Hakim birinci hissədə vurduğumuz təmiz qolu saymadı. Ardından isə bu qərarına görə bizdən üzr istədi".
 
Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb. "Səbail"in qollarını Qustavo de Fransa və Mirabdulla Abbasov vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest