İspaniya La-Liqasının XVI turu "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub. Matc.az xəbər verir ki, almaniyalı qolkiper cari mövsümdə 12-ci dəfə qapısını toxunulmaz saxlayıb və ötənilki göstəricisini yaxşılaşdırıb.

Ştegen İspaniya çempionatının XVI turunda Madrid "Atletiko"su ilə görüşdə qol buraxmayıb. O, cari La Liqa mövsümünün 16 görüşündə 12-ci dəfə buna nail olub. 2021/2022 mövsümü ərzində almaniyalı 35 matçda cəmi 11 dəfə "çərçivə"ni təmiz saxlayıb.

30 yaşlı Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Bu mövsüm alman qapıçı Kataloniya klubunun dördüncü kapitanı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest