Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar.
 
Sözügedən şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub etmişdilər.
 
Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq.
 
Səfərli və Muradlı isə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest