"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Ağdam təmsilçisi "Gent"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərməyə hazırlaşır.

Yalnız zədə səbəbindən uzun müddətə sıradan çıxan Abbas Hüseynov heyətə salınmayıb. Onunla yanaşı, qapıçı Şahruddin Məhəmmədəliyev də belçikalılara qarşı oynaya bilməyəcək. Azərbaycan çempionu Belçika klubu ilə matça qədər yeni qapıçı transfer edərsə, onu sifariş verə biləcək.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

Qeyd edək ki, "Qarabağ" və "Gent" arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Gentdə keçiriləcək.

 

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest