Fevralın 12-də MDB komandası ilə "Ulduzlar yığması" arasında "Əfsanələr Kuboku-2023" turniri keçiriləcək. Matc.az xəbər verir ki, yarışda Azərbaycan millisinin sabiq futbolçusu Vyaçeslav Lıçkin də iştirak edəcək.
 
50 yaşlı keçmiş yarımmüdafiəçi MDB yığmasının heyətində meydana çıxacaq. Onun komanda yoldaşları sırasında Aleksandr Qleb və Aleksandr Qatskan da var.
 
"Ulduzlar yığması"nda isə Edmilson, Ruben de la Red, Erik Abidal, Esteban Kambyasso, Cey-Cey Okoça, Floran Maluda kimi keçmiş ulduz futbolçular mübarizə aparacaq.
 
Qeyd edək ki, "Əfsanələr Kuboku-2023" Moskvadakı "Meqasport" idman zalında keçiriləcək.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest