"Bütün titullara sahib bir komandaya qarşı oynayacağıq. PSJ iki oyun sistemindən istifadə edir"

Fransanın PSJ komandasının baş məşqçisi Kristof Qaltye UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya çempionu "Bavariya"ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, matçdan öncəki mətbuat konfransında bunları söyləyib:
 
"Bavariya" yaxşı komandadır. Bütün titullara sahib bir komandaya qarşı oynayacağıq. PSJ iki oyun sistemindən istifadə edir. Fikrimcə, "Bavariya" kimi komandalarla oyunlarda üçüncü, tam fərqli oyun sistemindən istifadə etməliyik. Məşqçi heyətimizdən yeni variantlar üzərində çalışmağı xahiş etmişəm. Bizə topu daha tez özümüzə qaytarmaq üçün balanslaşdırılmış yeni bir model lazımdır".
 
"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann da matçdan öncə fikirlərini dilə gətirib:
 
"PSJ çətin rəqibdir. Qrup mərhələsini ideal keçirməyimizin "mükafatı" belə rəqiblə qarşılaşmağımız oldu. Bizdə olduğu kimi, rəqib komandada da dünya səviyyəli çoxlu oyunçu var. Amma bu, çempionlar Liqasıdır. Belə bir turnirin 1/8 final mərhələsində asan rəqib gözləməyə dəyməzdi".
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest