23 May 2025, 19:10
FUTBOL
"Mançester Yunayted" bu yay Markus Raşford, Antoni, Ceydon Sanço və Alexandro Qarnaçonun potensial satışlarından təxminən 150 milyon funt-sterlinq (178,5 milyon avro) qazanc əldə etməyi gözləyir.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar" Raşford, Antoni və Sançonun transferindən 90 milyon funt-sterlinq (107 milyon avro) qazana biləcəklərinə inanır. Eyni zamanda, Mançester klubu təxminən 60 milyon funt sterlinq (71,4 milyon avro) təklif alacağı təqdirdə Qarnaçonu buraxmağa hazırdır.
Qeyd edək ki, Raşford, Antoni və Sanço başqa klublarda icarə əsasında çıxış edir.