23 May 2025, 19:58
FUTBOL
"Nyukasl"ın futbolçusu Valentino Livramento "Mançester Siti"nin sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün əsas transfer hədəfidir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, "Nyukasl"ın 22 yaşlı futbolçunu klubda saxlamaq istədikləri üçün onunla bağlı danışıqlarda Mançester klubuna güzəştə getmək niyyətində deyillər.
Qeyd edək ki, Livramento bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib və 1 məhsuldar ötürmə edib. 22 yaşlı müdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.