61 yaşlı ispan məşqçi Ernesto Valverde "Atletik" ilə müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məşqçinin Bilbao klubu ilə yeni müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub. Valverde bununla da klubda baş məşqçisi kimi 10 ilini keçirəcək. O, əvvəllər komandaya 2003-2005 və 2013-2017-ci illərdə rəhbərlik edib.

Qeyd edək ki, "Atletik" İspaniya La Liqasının turnir cədvəlində dördüncüdür. Komanda 37 oyunda 70 xal toplayıb və artıq növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest