Futbol üzrə Azərbaycan I Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Matc.az xəbər verir ki, 27-ci turun və mövsümün son oyun günündə üç qarşılaşma baş tutub.
"Cəbrayıl" evdə "Zaqatala"ya minimal hesabla qalib gəlib. "İmişli" səfərdə "Difai" üzərində qələbə qazanıb – 1:3. "Baku Sportinq" – MOİK matçında hesab açılmayıb.
I Liqa
27-ci tur
23 may
"Cəbrayıl" – "Zaqatala" - 1:0
Qol: S.Məhərrəmli, 74
"Difai" – "İmişli" - 1:3
Qollar: S.Rəhimov, 8 - H.İsayev, 28, E.Rəhimzadə, 67, X.Bəşirov, 85
Qırmızı vərəqə: G.Souza, 90+4 ("İmişli")
"Baku Sportinq" – MOİK – 0:0
Qeyd edək ki, çempion "Qəbələ" ilə yanaşı, ikinci yeri tutan "İmişli" və "Karvan" da Premyer Liqaya vəsiqə qazanıb. Sonuncu olan "Qaradağ Lökbatan" aşağı liqaya düşüb. Mövsümü 9-cu yerdə bitirən "Difai" isə II Liqada 4-cü olan "Hypers Quba" ilə pley-off matçı keçirəcək.