14 Fevral 2023, 13:41
ÇEMPİONLAR LİQASI
"Çempionlar Liqası elə bir turnirdir ki, burada hər cür nəticə qeydə alına bilər. Bizi çox ciddi bir rəqib gözlədiyini başa düşürük"
İtaliyanın "Milan" komandasının baş məşqçisi Stefano Pioli UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
"çempionlar Liqasının 1/8 finalında asan rəqib gözləməyə dəyməz. "Tottenhem" maraqlı komandadır. Biz bu rəqibə qarşı ən yaxşı şəkildə hazırlaşmağa çalışmışıq. Bu, "Milan" və İtaliya futbolunu yaxşı tanıyan güclü məşqçidən, usta oyunçulardan təşkil olunmuş, sıx oyun nümayiş etdirən, əla təşkilatlanmış komandadır. Fikrimcə, bərabər səviyyəli bir qarşılaşma olacaq".
"Tottenhem"in italiyalı baş məşqçisi Antonio Konte isə bunları dilə gətirib:
"çempionlar Liqası elə bir turnirdir ki, burada hər cür nəticə qeydə alına bilər. Bizi çox ciddi bir rəqib gözlədiyini başa düşürük. Amma bilirik ki, bərabər səviyyəli oyun olacaq".
TURAN