Bu gün UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Matc.az xəbər verir ki, gecənin ən maraqlı görüşü Almaniyada baş tutub.

"Borussiya" Dortmund şəhərində Londonun "çelsi" klubunu qəbul edib. Almaniya təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Digər qarşılaşma Portuqaliya keçirilib. Burada "Benfika" Belçika təmsilçisi "Brügge"ni qəbul edib. Bu oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər.

UEFA çempionlar Liqası
1/8 final, ilk oyunlar
15 fevral

"Borussiya" Dortmund (Almaniya) - "çelsi" (İngiltərə) - 1:0
Qol: Adeyemi, 63.
Dortmund, "Siqnal İduna Park" stadionu. Baş hakim: Xesus Gil Manzano (İspaniya)

 

"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) - 0:2
Qol: J.Mario, 51-pen. D.Neres, 88.
Brügge, "Yan Breydel" stadionu. Baş hakim: Davide Massa (İtaliya)

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə "Bavariya" səfərdə PSJ-ni, "Milan" öz meydanında "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest