15 Fevral 2023, 09:18
ÇEMPİONLAR LİQASI
A seriyası çempionu son 11 ildə ilk dəfə İngiltərə klubunu məğlubiyyətə uğratmağı bacarıb. Komanda axırıncı dəfə 2012-ci ilin fevralında 1/8 final mərhələsində "Arsenal"ın qapısından 4 cavabsız top keçirib.
çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem" üzərində qələbə "Milan" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, İtaliya klubu 1:0 hesablı qalibiyyət sayəsində bir neçə tilsimi qırıb.
A seriyası çempionu son 11 ildə ilk dəfə İngiltərə klubunu məğlubiyyətə uğratmağı bacarıb. Komanda axırıncı dəfə 2012-ci ilin fevralında 1/8 final mərhələsində "Arsenal"ın qapısından 4 cavabsız top keçirib. Ondan sonrakı 5 matçın hamısında ingilis təmsilçiləri qalib gəliblər.
"Milan" həmçinin 10 ildən sonra ilk dəfə çL-in pley-offlarında qələbə sevinci yaşayıb. Komanda 2013-cü ildə 1/8 final mərhələsində "Barselona"nın məğlub etdikdən bəri bunu təkrarlaya bilməyib.
Bundan başqa, "Tottenhem"lə matçda yeganə qolun müəllifi olan Brahim Diaz 23 yaş 195 gündə fərqlənərək, 2004-cü ildən bəri çempionlar Liqasının pley-off mərhələsində "rossonyerlər"in ən gənc qol vuran oyunçusu olub. 9 il əvvəl Kaka 21 yaş 336 günlüyündə "Deportivo" ilə matçda bunu bacarıb.
Qeyd edək ki, "Milan"la "Tottenhem" arasında cavab oyunu martın 8-də Londonda keçiriləcək.
XƏYAL