15 Fevral 2023, 09:27
ÇEMPİONLAR LİQASI
"Artıq 1/4 finala daha yaxınıq, amma cavab matçını parkda gəzinti saymaq olmaz"
"İlk 25 dəqiqə yaxşı oynadıq və vəziyyətə nəzarət etdik. Biz daha çox hücum edə bilərdik". Matc.az xəbər verir ki, bunu "Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann çempionlar Liqasının 1/8 final mərhələsində PSJ üzərində qazanılan qələbəni (1:0) şərh edərkən deyib.
O bildirib ki, Paris təmsilçisinin passiv oyununa təəccüblənib: "PSJ nədənsə müdafiəyə çəkilməyi seçdi. Rəqibin dərin müdafiəyə üstünlük verdiyini bilirdim, lakin onların passivliyi məni təəccübləndirdi. Onlar müdafiədə üstünlük verdilər və topa sahib olmaq fikrində deyildilər".
"Bavariya"nın qapıçısı Yann Sommer isə bildirib ki, bu qələbədən sonra növbəti mərhələyə çıxmaq şansları artıb: "İlk yarıda oyunu nəzarətdə saxladıq. Artıq 1/4 finala daha yaxınıq, amma cavab matçını parkda gəzinti saymaq olmaz".
PSJ-nin müdafiəçisi Serxio Ramos parisli azarkeşlərə görə narahat olduğunu söyləyib: "Tərəfdarlar üçün çox məyus oldum. Cavab matçında daha çox xarakter göstərməliyik. Qalib gəlmək istəyirik, amma bu, futbolun xarakteridir. Bəzən yaxşı, bəzən pis oynayırıq".
TURAN