"Martda daha bir çətin qarşılaşmanı səbirsizliklə gözləyirəm". Matc.az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Antonio Konte çempionlar Liqasının 1/8 final mərhələsində "Milan"a uduzduqları səfər oyununu (0:1) şərh edərkən deyib. Onun sözlərinə görə, komandası çətin atmosferdə mübarizə aparıb: "Buraxılan qoldan sonra daha yaxşı oynamalı idik, amma çətin atmosferdə mübarizə apardıq. Unutmayaq ki, "Milan" keçən il İtaliya çempionu oldu, biz isə titul qazana bilmədik".
"Milan"ın baş məşqçisi Stefano Pioli isə bildirib ki, komandasını Londonda daha çətin sınaq gözləyir: "Oyundan razıyam, lakin bu, yalnız ilk matçdır və növbəti oyun mütləq daha çətin olacaq. Bu matça taktiki cəhətdən hazırlaşmaq o qədər də çətin deyildi. Biz ikinci qolu da vura bilərdik, yaxşı şanslarımız oldu".
TURAN