Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç çempionlar Liqasının 1/8 finalında "Liverpul"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Matc.az "Mirror"a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu komandaların cari mövsümdəki vəziyyətlərinin oxşarlığından danışıb.
 
"Liverpul"un Premyer Liqada birinci yerdən bu qədər uzaq olmasına təəccüblənirəm, lakin onlar hazırda bizim haqqımızda eyni şeyi deyə bilərlər. Rəqibin heyətinə baxanda başa düşürük ki, onlar hər an  yüksəlişlərinə başlaya bilərlər. ümid edirəm ki, iki matçımızda belə olmayacaq. Bununla belə, hər şeyə hazır olmalıyıq" – deyə, Modriç bildirib.
 
Onun sözlərinə görə, fərqli liqalarda çıxış etmələrinə baxmayaraq, "Liverpul" - "Real" qarşıdurması futbol dünyasının ən yaxşı şoularından biridir: "çox təəssüf ki, pley-off mərhələsinin belə erkən mərhələsində püşkatma bizi bir araya gətirdi, çünki belə bir oyun çempionlar Liqasının möhtəşəm finalı olardı. "Liverpul" müdafiə xəttində çətin anlar yaşadı. Və düşünürəm ki, qarşıdakı oyunda əsas əhəmiyyət kəsb edən müdafiə olacaq. İki görüşdə çox qol olacağını düşünmürəm. Bəlkə də bunlar iki bərabər komandadır, baxmayaraq ki, mənə elə gəlir ki, biz hələ də favoritik. Biz isə Liverpula qələbə üçün gedəcəyik".
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest