"Daha irəli getmək üçün iki supermatç oynamaq lazımdır. Çünki əlindən gələni etməsən, şansın qalmır"

"çempionlar Liqası dünyanın ən möhtəşəm turnirlərindən biridir. Bu yarışda yaxın tariximizi nəzərə alsaq, indiyəqədərki ən yaxşı futbol oyunu olacaq". Matc.az xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp çempionlar Liqasının 1/8 finalında İspaniya nəhəngi "Real"a qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında bunları söyləyib.

Onun sözlərinə görə, çempionlar Liqası tam fərqli yarışdır və bu fürsətdən istifadə edilməlidir.

"Uğur qazanmaq üçün super oyun göstərməliyik. çox şadam ki, biz indi meydana çıxırıq. Dörd həftə əvvəl hər şey başqa cür olardı. Ola bilsin ki, biz bu oyun üçün vaxtında ayağa qalxdıq. Son iki görüşdə qalib gəlməyimiz də yaxşı oldu. Daha irəli getmək üçün iki supermatç oynamaq lazımdır. çünki əlindən gələni etməsən, şansın qalmır. "Real" ən yaxşı oyununu göstərməsə belə, yenə də şansları olacaq. Aradakı fərq budur və bu, xüsusi bir şeydir. Əslində, bu komandanı panikaya salmağın mümkün olduğunu düşünmürəm. Bu, "Real"dır və hörmət etmədən onlarla oynayıb "narahat olmağa nə var ki?" deyə bilməzsən. Onların heyətində Modriç, Kross, Benzema, Vinisius, Valverde var, hamısı da dünya səviyyəli oyunçulardır. İndi onlara Tçuameni, Kamavinqa kimi oyunçular da qoşulub".

Klopp bildirib ki, "Real"a qarşı oynamaq çox çətindir: "Lakin bu, onlarla oynamağın tamamilə mümkünsüz olduğu anlamına gəlmir. "Real"ın bəzi oyunçuları beş dəfə yarışda qalib gəlib və yəqin ki, özlərini bu turnirin ev sahibi hesab edirlər. Ola bilsin ki, onlar haqlıdırlar, amma biz yenə də onlarla oynamağa çalışacağıq".

Qeyd edək ki, bu qarşılaşma fevralın 21-dən 22-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

TURAN

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest