Bu gün UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, gecənin ən maraqlı görüşü İngiltərədə baş tutub.

Belə ki, "Enfild"də ötən mövsümün finalçıları "Liverpul" və Madrid "Real"ı üz-üzə gəliblər. Qarşılaşmanı rumıniyalı FİFA hakimi İştvan Kovaç idarə edib. Məhsuldar keçən qarşılaşma İspaniya nəhənginin əzmkar qələbəsiylə yekunlaşıb.

Digər qarşılaşmada İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən "Napoli" Frankfurtda "Ayntraxt"ın qonağı olub. Oyunun baş hakimi portuqaliyalı Artur Diaş olub. Bu matçda da qonaqlar inamlı qələbəyə seviniblər.

UEFA çempionlar Liqası
1/8 final
21 fevral

"Ayntraxt" (Almaniya) – "Napoli" (İtaliya) 0:2
Qol: Osimhen, 40. Di Lorentso, 65.
Frankfurt. "Doyçe Bank Park". Baş hakim: Soares Dias (Portuqaliya).
 
"Liverpul" (İngiltərə) – "Real" (İspaniya) 2:5
Qol: D.Nunes, 4. Salah, 14 – Vinisius, 21; 36. Militao, 47. Benzema, 55; 67.
Liverpul. "Enfild" stadionu. Baş hakim: İştvan Kovaç (Rumıniya).


Xatırladaq ki, ötən həftə baş tutan 1/8 finalın ilk dörd qarşılaşmasında bu nəticələr qeydə alınıb:

"Milan" (İtaliya) – "Tottenhem" (İngiltərə)  - 1:0
PSJ (Fransa) – "Bavariya" (Almaniya) - 0:1
"Borussiya" (Dortmund, Almaniya) – "çelsi" (İngiltərə)  - 1:0
"Brügge" (Belçika) – "Benfika" (Portuqaliya)  - 0:2

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest