"Komanda yaxşı formadadır, motivasiyalıdır və keçən ilki kimi oynamaq üçün çox istəklidir". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti deyib. 
 
çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la ilk oyunu haqda danışan italiyalı mütəxəssis bildirib ki, komandasının çətin qarşılaşma gözləyir: "Başa düşürük ki, bu çətin matçdır və Madriddə hələ cavab oyunu var. Biz oynamağa şadıq. Keçən il Parisdə keçirilən finalla bağlı yaxşı xatirələrimiz var. Bərabər oyun oldu. "Liverpul" daha çox topa sahib idi, amma müdafiədə yaxşı görünürdük. İndi vəziyyət başqadır, çünki iki oyun keçirməliyik. Biz bunu nəzərə alırıq. 180 dəqiqə yaxşı futbol oynamalıyıq".
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest