Madrid "Real"ının müdafiəçisi David Alaba zədələnib. Matc.az xəbər verir ki, avstriyalı futbolçu UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərədə baş tutan "Liverpul"la səfər matçında sıradan çıxıb.
 
Zədəsi ciddi olan müdafiəçi 27-ci dəqiqədə əvəzlənib. 30 yaşlı oyunçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
 
Xatırladaq ki, "Liverpul" – "Real" matçında ilk hissə 2:2 hesabıyla başa çatıb.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest