çempionlar Liqasının 1/8 final mərhələsində "Porto" ilə oyun "İnter"in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub. Matc.az xəbər verir ki, ulduz futbolçu qarşılaşmanın 86-cı dəqiqəsində yeganə qola imza atmaqla rekord yeniləyib.
 
O, çL-də qol sayını 17-yə çatdırıb. 29 yaşlı forvard bununla "Napoli"nin heyətində 16 qol vuran Dris Mertensi üstələyərək, çempionlar Liqasının ən məhsuldar belçikalı futbolçusu ünvanına yiyələnib. Sıralamada üçüncü yeri 12 qolla Kevin de Bruyne tutur.
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 14-də Portuqaliyada keçiriləcək.

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest