UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan Almaniyanın "Leypsiq" komandası ilə oyun "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan bu matçda komandasının yeganə qoluna imza atmaqla çL-də 20-ci dəfə fərqlənib.
 
Nəticədə əlcəzairli oyunçu qitənin ən nüfuzlu klub turnirində 20 qol həddinə çatan 5-ci afrikalı olub.
 
Xatırladaq ki, bu siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədə qərarlaşıb.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest